Xəbərlər

Ukraynada öldürülən azərbaycanlılar sabah dəfn olunacaqlar

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevral ayının 27-i Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən soydaşlarımızın nəşi vətənə gətirilib və sabah Göygöl rayonunda dəfn olunacaqlar.

Bu barədə bey.az-ın yerli bürosuna dünyasını dəyişən şəxsin qardaşı Qaçay İsmayılova məlumat verib.

” Yaxınlarımızın nəşi artıq Azərbaycana gətirilib. Sabah səhər saatlarında Gəncəyə çatacaq. Göygöl rayonunda Murovdağ qəbristanlığında dəfn edəcəyik”- deyə Q.İsmayılov bildirib.

Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətinə şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandırlar və Gəncə şəhərində məskunlaşıblar.

69630be49ac9ee4e57ccacb67ed96de1 BEY.AZ

edd6ff86734adf25f82db5fc0cd4d16d BEY.AZ

aa62ccab35b404f6396655fc9b03a875 BEY.AZ

0897a443e0c98b0527ee55c02cf3135a BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu