Xəbərlər

Xəyalə Məmmədova “The Successful Business Woman” mükafatına layiq görüldü

BEY.AZ informasiya agentliyi xəbər verir


“Free baby” mini liseyi və F.A.M Baku brendinin təsisçisi Xəyalə Məmmədova “Reputation İnc.” PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan “Global Woman Awards – 2022” tədbirində uğurlu fəaliyyətinə görə “The Successful Business Woman” mükafatına layiq görülüb.

2d1ffe4cd2 egeu BEY.AZ

Uşaqlıq illərindən dəb sahəsinə böyük marağı olan X. Məmmədovanın bu istəyi onu F.A.M Baku brendini təsis etməyə təşviq edib və qısa müddət ərzində uğurlu işlərə imza ata bilib.

Ölkəmizdə dəb sektorunun inkişafının digər ölkələrlə müqayisədə geri qaldığını bildirən dizaynerin sözlərinə görə, artıq ölkəmizin də bu inkişafa ayaq uydurmağa çalışdığını və son illərdə inkişaf etməkdə olduğunu qeyd edib.

X. Məmmədovanın gələcək planları isə, yaratdığı yerli brendin ölkə xaricində fəaliyyət göstərməsi və tanınmasıdır.

cbe8bd333d euef BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu