Xəbərlər

Yaradan qarşısında cavab verəcəksiniz – AKTRİSA SƏSSİZLİYİNİ POZDU

BEY.AZ informasiya agentliyi xəbər verir


“İki şey var ki, onları leksikonumdan uzaqlaşdırmışam. Biri heç vaxt etmərəm deməyi, digəri kimisə bilmədən mühakimə edib qınamağı. Çünki kimin nə yaşadığını qıraqdan baxıb bilə bilməzsiz”.

bey.az xəbər verir ki, bu fikirləri həyat yoldaşı Murad İsmayılla arasında problem olduğu düşünülən aktrisa Ülviyyə Xəlilbəyli “İnstagram”da bildirib.

“Hansı hadisələrin, yaşanmışların təsirindən bu hala gəldiyini anlaya bilməzsiz. Qınamaq ən asanıdır. Hər kəsin beyni gördüyünü bir cür anlayır. Eləcə də hər kəsin baxış bucağı fərqlidir.

Sən elə düşünürsən və ya elə görürsən deyə o demək deyil ki, haqlısan. Dərindən bilmədiyin mövzuda mühakimə etmək haqqın yoxdur. Hər kəs etdiyi əmələ, qırdığı qəlbə və ürəkdə açdığı yaralara görə özü cavab verəcək. Bu sizə qalmayıb. Bilmədiyiniz mövzuda danışarkən 100 dəfə ölçüb, bir dəfə biçin. Çünki yaradan qarşısında cavab verəcəksiz. Günahsız bəndə yoxdur. Çalışaq ki, kiminsə günahını alıb , öz günahlarımızı artırmayaq”, – aktrisa qeyd edib.

9a2d4bae7d 16501790112648356719089253199851396157639658945963396n BEY.AZ

70b584582b 1650180581nshot20220417112908157 BEY.AZ

f0e1c3a3ac 1650180579nshot20220417112921460 BEY.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu