Xəbərlər

Penaltini yerinə yetirmədi, vurduğu qola sevinmədi: “100 milyonluq böhran”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Napoli”- “Udineze” matçında Viktor Osimhenin davranışları diqqət çəkib.

bey.az xəbər verir ki, matçın 19-cu dəqiqəsində “Napoli” penalti qazanıb və Osimhen penaltini yerinə yetirməkdən imtina edib. Piotr Zielinski penaltini dəqiq yerinə yetirib. 39-cu dəqiqədə fərqlənən Osimhen qoldan sonra sevinməyib. “Napoli” matçda 4:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, “Bolonya” matçında Osimhen penalti zərbəsindən yararlana bilməyib. Ardınca o əvəzlənib. Bundan sonra isə “Napoli”nin tiktok hesabında futbolçu lağa qoyulub. Bu davranışlar isə Osimheni qəzəbləndirib. 100 milyon qiyməti olan futbolçunun klubdan ayrılmaq istədiyi deyilir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Penaltini #yerinə #yetirmədi #vurduğu #qola #sevinmədi #milyonluq #böhran

Bir yanıt yazın

Başa dön tuşu