Siyasət

Tramp İranın danışıqlar barədə ittihamlarına cavab verdi

“ABŞ və İran arasında prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun və kürəkəni Cared Kuşnerin iştirakı ilə çox ciddi danışıqlar aparılıb”.Oxu.Az “Fox News” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İran tərəfinin yalanla bağlı ittihamlarını şərh edərkən deyib.”Onlar daha səriştəli ictimaiyyətlə əlaqələr mütəxəssisləri işə götürməli olacaqlar… Bizim çox ciddi danışıqlarımız olub. Onları cənab Uitkoff və cənab Kuşner aparıblar. Hər şey, mən deyərdim ki, ideal keçib”, – deyə Tramp vurğulayıb.Daha əvvəl Tramp ABŞ Hərb Nazirliyinə (Pentaqon) İranın energetika sektoruna zərbələri beş gün müddətinə dayandırmaq barədə göstəriş verib. Ağ Ev rəhbərinin sözlərinə görə, bu qərar İran və ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə “çox yaxşı və məhsuldar” danışıqlar aparmasından sonra qəbul edilib. Lakin az keçmədən İran XİN-dəki mənbə Trampın bu bəyanatlarını təkzib edib.

Bir yanıt yazın

Başa dön tuşu