Xəbərlər

Problemli kreditlər azalıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 690,2 milyon manat təşkil edib.

bey.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 2,3 % azdır. Problemli kreditlər ilin əvvəlinə nisbətən 4,1 %, son 1 ildə isə 24,8 % azalıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,9 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il fevralın sonuna isə 6,3% olub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu