Xəbərlər

Qəbələdə kolluq ərazidə avtomat aşkarlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Qəbələdə kolluq ərazidə avtomat aşkarlanıb.

Bu barədə bey.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinə Bum qəsəbəsindəki kolluq ərazidə şübhəli bağlamanın olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan bir ədəd avtomat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu