Xəbərlər

Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Azərbaycanın daha 2 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında döşək üzərinə çıxacaq.

bey.az xəbər verir ki, 73 kq-da çıxış edən Hidayət Heydərovla Rüstəm Orucov ikinci yarış günündə medal qazanmağa çalışacaqlar. Hər iki cüdoçu mübarizəyə 1/16 finaldan başlayacaq.

Heydərov polşalı Adam Stodolski ilə münasibətlərinə aydınlıq gətirəcək. Orucov isə irlandiyalı Coşua Qrini sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu