fbpx

Ereksiya haqqında bilmədiyiniz 10 maraqlı fakt

Ereksiya– hər bir kişi üçün adi haldır. Elə gəlir ki, hər şey çox sadə bir prosesdir. Lakin belə gündəlik proseslər də bəzən təəccübləndirə bilər. Bu məqalədə ereksiya haqqına 10 ən maraqlı faktla tanış olacaqsınız.

Səhər, gecə, refleks, psixogen… Bəli, bunlar hamısı ereksiya haqqındadır. Onun bir neçə növü var. Ehtiraslanma seks haqqında düşünməkdən, birbaşa simulyasiyadan, erotik filmlərə baxmaqdan və hətta öz özünə ola biləcək haldır. Alimlər həmçinin gündəlik vərdişlərin ereksiya ilə əlaqəsini araşdırıb. Bəs sizcə siqaret ereksiyaya necə təsir edir? Oral seks bəs? Penisin ölçüsü nəyə işarə ola bilər? Bu və digər maraqlı faktlar yazımızda.

1. Yuxuda da “durur”

Bir çox kişi gecə dəfələrcə ereksiya olduğunu bilmir. Yuxu zamanı testosteron səviyyəsi yüksəlir. Noradrenalin hormonu isə azalır. Bu hormon ereksiyanın ən birinci düşmənidir və qan təzyiqi yüksəldəndir. Bu iki təbii prosesin üst üstə düşməsi penisin böyüməsinə gətirib çıxardır. Bu növ ereksiya gecə boyu 3-5 dəfə baş verir və yarımsaata qədər davam edə bilir.

2. Səhər ereksiyasının səbəbi də testosterondur

Səhər ereksiyası artıq adi hal kimi qəbul edilir. Bu o qədər adiləşib ki, artıq buna fikir belə verilmir. Bəs səbəb nədir? Bu gecə ereksiyasının birbaşa davamıdır. Oyandığınız zaman testosteron səviyyəsi artır. Eyni zamandan qanda azot konsentrasiyası da dəyişir. Analoji reaksiya baş verir.

3. İlk ereksiya artıq ana bətnində baş verir

Təəccüblü fakt olsa da, ilk ereksiya artıq ana bətnində olur. Bunu alimlər UZİ zamanı müşahidə edə biliblər. Artıq hamilələyin 16cı həftəsində ana bətnindəki oğlan uşaqlarının ilk ereksiyası baş verir.

4. Oral seks ən effektivdir

ABŞ İndiana Universitetinin mütəxəssisləri araşdırma aparıblar. Nəticədə məlum olub ki, oral seks penisin seksdən sonra böyüməsinə gətirib çıxardır. Və belə ereksiya ən uzun müddətli olur.

5. Ölçü – göstərici deyil

Penisin ereksiyalı və ereksiyasız olan halları arasında böyük fərq ola bilər. Sakit halda kiçik olan penis, ehtiraslandığı zaman maksimum ölçülərə qədər çıxa bilər. Alimlər sübut edib ki, kiçik penislər ehtiras zamanı 86% qədər böyüyə bilirlər. Lakin öncədən böyük görünən penislər isə 47% qədər böyüyür.

6. Ereksiya disfunksiyası daha ciddi xəstəliklər barəsində işarə ola bilər

Ereksiya problemləri bəzi xəstəliklərin xəbərcisi ola bilər: şəkər, Parkinson, skleroz, xolesterin, ürək damar çatışmamazlıqları.

Eyni zamanda ereksiya disfunksiyası bədən çəkinizə proporsionaldır. ABŞ Kornell Universitetinin alimlərinin araşdırmasına görə bədən çəki indeksinin 30dan çox olan kişilərdə ereksiya disfunksiyası 50% təşkil edir. Bu bel ölçüsü 101 və yuxarı olan kişilərə aiddir.

7. Siqaret penis ölçüsünü kiçildir

Bilinən haldır ki, siqaret vərdişi olanlarda potensiya problemləri yarana bilir. Mütəxəssislər siqaretin daha bir mənfi xüsusiyyətini ortaya çıxardıblar. Siqaret çəkənlərin penis ölçüləri ereksiya zamanı 1sm qədər azala bilir. Buna səbəb tütünün qan dövranının pozulmasına, damarların yığılmasına gətirib çıxarda bilməsidir. Penisə qan daha az gəldiyindən, ölçüsündə azalmalar olur.

8. Potensiya artıran vasitələr asıllıq yaradır

Ekspertlər belə preparatlardan çox istifadə edilməsinin tərafdarı deyillər. Birincisi, onların kömək olacağına heç bir zəmanət yoxdur. Zamanla istənilən nəticəni əldə etmək üçün, kişilər daha çox preparat qəbul etməli olurlar. Bu isə orqanizmə mənfi təsir edir.

9. Penis bumeranq formasını ala bilir

Bu faktı Niderland alimləri ortaya çıxardıblar. Onlar seks zamanı penisin maqnit-rezonans araşdırmasını aparıblar. Məlum olub ki, cütlüklərin missioner seks zamanı penis bumeranq formasını alır.

10. Orqazma ereksiyasız da çatmaq olar

Bəzən oqazm ereksiyasız da mümkündür. Adətən bu halla yaşlı kişilər rastlaşırlar. Kişilər bu yaşda cinsi funksiya ilə problemlər yaşayır, lakin libido yenə yüksək olur. Buna “püskürməsiz” quru orqazm deyirlər. Bu halın həkiminiz ilə müzakirə edilməsi məsləhət görülür.

Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu