fbpx

Midiya — seksdə köməkçi? Midiyanın kişilər üçün xeyiri nədir?


Midiya — molyusklar ailəsinə aid olub və dadlı olmaqla yanaşı, başqa cəhhətləri də var. Bu dəniz məhsulu kişiyə seksdə “köməkçi” də ola bilər. Bütün sirr onun tərkibindədir – mikroelementlər və vitaminlərlə zəngindir.

Midiya dəniz kənarı ölkələrdə olduqca məhşurdur. Hətta ən bahalı restoranlarda da menyuda mütləq midiya mövcuddur. Lakin bilmək lazımdır ki, yalnız xüsusi şəraitdə yetişdirilmiş midiyaları yemək olar, çay midiyaları insan üçün təhlükəlidir.

Zəngin tərkib

Kişilər midiyanı bir çox xüsusiyyətlərinə görə və əsasən də tərkibinə görə seçirlər:

  • fosfor və selen;
  • yod birləşmələri;
  • marqanes;
  • fol turşusu;
  • sink və dəmir;
  • B vitamin qurpu.

B vitamin qrupu əzələ fəaliyyətini stimullaşdırır və sinir sisteminə xeyirlidir. B vitamin qrupu kifayyət qədər olduqda insanın sinir sistemi norma çərçivəsində olur, neyron birləşmələr bərpa olunur, əzələlər elastik olur və düzgün inkişaf edir. Bunlar olduqca vacibdir, əks halda müxtəlif patologiyalar inkişaf edə bilər.

Sink həmçinin kişi orqanizmi üçün olduqca vacib bir maddədir. Məhz sink testosteron üçün önəmlidir. Sink cinsi sistemin fəaliyyəti üçün mütləqdir. Əgər kişilərdə hormonal sistem normada olarsa, spermatogenez və ereksional funksiya düzgün fəaliyyət göstərir.

Fol turşusu orqanizmdə hüceyrə mübadiləsinə cavabdehdir. Məhz fol turşusu sayəsində hüceyrələr normal qidalana bilir. İnsanın genetik xarakteristikalarına müsbət təsir göstərir. Əgər kişilər ata olmazdan əvvəl fol turşusu qəbul edər isə, gələcək övladlarında genetik problemlərin yaranma riski azalır.

Yod birləşmələri bütün dəniz məhsullarında var. Endokrin sisteminin yaxşılaşmasına kömək edir. Nəticədə Zobun yaranma riski azalır.

Fosfor və selen immun sistemi üçün lazımdır. Yaddaşın güclənməsi üçün də fosfor və selen tövsiyyə olunur.

Midiya və seksual həyat

Hər bir kişi cinsi sağlamlığı haqqında narahatdır. İstənilən kiçik narazılıq artıq panikaya gətirib çıxardır. Belə halların olmaması üçün mütəxəssislər profilaktik tədbirlərin görülməsini məsləhət bilirlər.

Əgər kişilər rasionlarına regular olaraq midiya əlavə edə bilsələr, orqanizmlərində aşağıdaki sistemlərə müsbət təsir etmiş olacaqlar.

Midiya olduqca xeyirlidir:

  • kişilərdə seksual aktivliyinin artırılmasına;
  • spermanın keyfiyyətinin yüksəldilməsinə;
  • cinsi orqanlarında qan dövranının yaxşılaşdırılmasına;
  • ereksiyaya.

Ereksiya bir neçə amildən asılıdır. Beləki kişidə normal ereksiyanın olması üçün mükəmməl hormonal fon, yaxşı sinir sistemi və mükəmməl qan dövranı olmalıdır. Və əgər sadaladıqlarımızdan birində problem olarsa, cinsi zəiflik ortaya çıxır.

Unutmayaq ki, keçmişdə midiya təbii afrodiziak hesab edilirdi. Tərkibində androgenin analoqu olan bir komponent ereksiyanın yaxşılaşmasına müsbət təsir edir. Daha çox midiya yeyən kişilər daha tez ehtiraslanır və cinsi münasibət daha uzun çəkir.



Source link

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu