fbpx
Tarix

Tarixdə bu gün: 22 dekabr

Fransada 1894-cü ilin 22 dekabrında “Dreyfus məhkəməsi” başladı. Bu, yüzbaşı Alfred Dreyfusun haqsız yerə casusluqda ittiham edildiyi, həqiqətlərinsə 12 il sonra ortaya çıxması ilə hüquq tarixinə düşən bir məhkəmə idi. 

***

 22 dekabr 1963-cü ildə “Lakonia” sərnişin gəmisi Portuqaliya sahillərində yandı, 128 adam həyatını itirdi.

***

Sovet konstruktoru Sergey İlyuşinin rəhbərliyi ilə hazırlanmış “İl-86” aerobusunun ilk uçuşu 1976-cı ilin 22 dekabrında oldu. 350 sərnişin üçün nəzərdə tutulan bu nəhəng təyyarə Moskvanın mərkəzi hava limanından havaya qalxıb paytaxt səması üzərində dövrə vurduqdan sonra Moskva vilayətinin uçuş-sınaq bazasında yerə enib.

22 dekabr 1979-cu ildə Türkiyənin Fransa üzrə Səfirliyinin Turizm və Tanıtma bölümünün müşaviri Yılmaz Çolpan ermənilərin ASALA terror təşkilatının üzvləri tərəfindən şəhid edildi.

BEY MEDIA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu