fbpx

Ərdoğan Azərbaycana səfər edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26-29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakıya səfər edəcək

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Bildirilib ki, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktarla yanaşı, Sənaye və Texnologiya naziri Mustafa Varank da Azərbaycana gələcək.

“Sabah”ın xəbərinə görə, Türkiyədən bir çox müdafiə sənayesi firmasının qabaqcıl texnologiya məhsullarını nümayiş etdirəcəyi festivalda “Türk Ulduzları” da çıxış edəcək.

Məşhur müğənni Azərinin Qarabağ qələbəsindən sonra məşhur “Çırpınırdı Qara deniz” mahnısını ifa edəcəyi festivalda azərbaycanlı pilotlar hava şousu ilə çıxış edəcəklər.

Qeyd edək ki, regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesi başlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu