fbpx

Ərdoğan və Putin nədən danışıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Liderlərin söhbəti təxminən bir saata yaxın davam edib.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası prezidentlərin telefon danışığının detallarını açıqlayıb.

Bildirilib ki, Ərdoğan Ukraynada münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

“Təcili atəşkəs bölgədəki humanitar gərginliyi aradan qaldırmaqla yanaşı, siyasi həll axtarışlarına da fürsət yaradacaq. Birlikdə sülh yolu açaq”, – deyən Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh müqaviləsinin imzalanması üçün təcili addımların atılmasına çağırış edib.

Bundan əlavə, Türkiyə lideri Ukrayna tərəfilə daimi təmasda olduğunu diqqətə çatdırıb.

Telefon danışığında Ukrayna ilə yanaşı Türkiyə-Rusiya münasibətləri də müzakirə olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu