fbpx

​“Əsgərin Kitab Rəfi” kitab toplama aksiyasına yenidən start verilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı, “İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı ilə “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyasına yenidən start verilir.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, bu dəfəki aksiya çərçivəsində də elmi, bədii, publististik və digər janrlarda kitablar toplanacaq. Sonda toplanmış kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərimizə üstünlük verilməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Birlik bütün gəncləri, təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl sektor və media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırır. Kitab hədiyyə etmək istəyən şəxslər “İRƏLİ” İctimai Birliyinə yaxınlaşaraq kitablarını təqdim edə bilərlər.

Qeyd edək ki, “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyası artıq ikinci dəfədir ki, həyata keçirilir. Aksiyanın əsas məqsədi əsgərlərimizin asudə vaxtının səmərəli təşkilinə töhfələr vermək, eləcə də, gənclər arasında mütaliəyə marağın artırılmasıdır. Ötən il keçirilən kitab toplama aksiyasında “İRƏLİ” İctimai Birliyi tərəfindən 12 mindən çox kitab toplanaraq Müdafiə Nazirliyinə təqdim edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Əsgərin #Kitab #Rəfi #kitab #toplama #aksiyasına #yenidən #start #verilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu