fbpx

102 yaşlı qadından dövlət televiziyasında GÖZLƏNİLMƏZ AÇIQLAMA: Heç kim onu fikrindən döndərə bilmədi

BEY.AZ informasiya agentliyi xəbər verir


Nigeriyada 102 yaşlı Nonye Cosefine adlı qadın prezident seçkilərinə namizədliyini elan edib.

Metbuat.az xəbər verir ki, ölkənin cənubundakı Anambar əyalətində yaşayan qadın Nigeriyanın rəsmi televiziyasına açıqlamasında namizəd olduğunu bildirib. O bildirib ki, prezident seçilərsə ölkə üçün yaxşı işlər görəcək. Qadın bununla bağlı planlarının hazır olduğunu deyib. Qadının namizəd olması yerli sakinlər üçün sürpriz olub. Qohumları onu fikrindən daşındırmaq istəsə də, qadın iddiasından geri addım atmayıb.

Qeyd edək ki, “Yaşayan əfsanə”, “Afrikanın anası” ləqəbləri ilə tanınan Cozefina ölkədə nüfuzlu şəxsdir. O, “Nigeriyanın Yaşlı Vətəndaşlarının səsi” təşkilatının qurucusudur. Nigeriyada prezident seçkiləri 1 il sonra keçiriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu