fbpx

3-cü doza vaksin vurdurmayanlar metroya BURAXILMAYACAQ?

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının vurulmasından sonra altı aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Nəticədə həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.

Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər “Bakı Metropoliteni”nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?

Metbuat.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:

“Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı “Bakı Metropoliteni”nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da “Bakı Metropoliteni” birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə “Bakı Metropoliteni”nə nə şifahi, nə də yazılı məlumat verilməyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu