fbpx

30 yaşından sonra orqanizmdə zəifləyən 4 vacib sistem

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

30 yaşdan sonra orqanizm qocalmağa başlayır, gənclik bitir. Daha çox endokrin və ürək-damar problemləri başlayır.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki,t erapevt Olqa Poltoraçskaya ilk olaraq, 4 sistemin sıradan çıxdığını bildirib.

“Bu yaşdan etibarən ürək-damar sistemi ilə problemlər başlayır: xolesterin yığıntıları artır, ateroskleroz və təzyiq problemi başlayır.

Qulaqlarda küy, baş ağrısı, başgicəllənmə, təzyiq – yüksək xolesterin səbəbindən ola bilər.

30 yaşdan hər il bir dəfə xolesterin analizi verməyi tövsiyə edirik.

Əgər nəticə yüksəkdirsə, artıq kardioloq qeydiyyatına düşüb, ürək-damar sistemini nəzarətə almaq lazımdır.

Eləcə də 30 yaş sonrası endokrin sistem – bütün vəzilər, qalxanvari, böyrəküstü, mədəaltı kişilərdə prostat vəzi, hipofiz və s. patoloji dəyişikliklərə uğraya bilir. Zob, diabet riski artır. 30 yaşdan sonra qanda şəkəri də nəzarətdə saxlamaq lazımdır. Eləcə də qalxanvari vəz USM və hormon analizəri mütləqdir.

3-cü sistem mədə-bağırsaq sistemidir, xəstəliklər xronikləşir. Əsas yük isə qaraciyərin üzərinə düşür.

Qaraciyərin birinci dərəcəli piylənməsi artıq siqnaldır.

4-cü sistem dayaq – hərəkət aparatıdır. Onurğadan tutmuş dizlərə kimi. Sümüklərin sıxlığı azalır, D vitamini düşür, kalsium azalır.

Qadınlarda bu menopauzaya doğru daha da artır”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #yaşından #sonra #orqanizmdə #zəifləyən #vacib #sistem

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu