fbpx
Xəbərlər

“90 min bina dağılacaq” – İstanbul zəlzələsi ilə bağlı AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə zəlzələ üzrə mütəxəssis professor Şükrü Ersoy “Sabah” qəzetinə açıqlamasında İstanbulda ehtimal olunan zəlzələnin demək olar ki, bütün bölgəyə təsir edəcəyini bildirib.

Metbuat.az sfera.az-a istinadən xəbər verir ki, məlumata görə, 7,5 bal gücündə zəlzələ zamanı ən azı 90 min bina dağılacaq, 4,5 milyona yaxın vətəndaşın müvəqqəti mənzilə ehtiyacı olacaq.

Şükrü Ersoyun sözlərinə əsasən, ola biləcək güclü zəlzələdən xüsusilə Adalar, Avcılar, Baxçelievler, Bakırköy, Beylikdüzü, Büyükçekmece, Küçükçəkməcə, Maltəpə, Tuzla, Üsküdar, Zeytinburnu, Sultanbəyli və ətraf məhəllələr daha çox zərər çəkəcək.

İstanbul sakinlərinin hara köçməli olduğu sualını cavablandıran Ersoy “Heç yerə köçməyə ehtiyac yoxdur” cavabını verib. “Biz heç yerə köçməyəcəyik. Olduğumuz yerdə təhlükəsiz yerlər yaradacağıq”, – professor deyib.

Xatırladaq ki, bundan əvvəl İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu şəhər rəhbərliyinin zəlzələyə hazırlıq planlarını təqdim edərək bunun qaçılmaz olduğunu, lakin təbiət hadisəsinin nə vaxt olacağını dəqiq proqnozlaşdırmağın mümkün olmadığını bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#min #bina #dağılacaq #İstanbul #zəlzələsi #ilə #bağlı #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu