fbpx

AAYDA tərəfindən Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələr

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2022-ci ilin iş planına əsasən ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, 2022-ci ilin ötən 6 ayı ərzində Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətdə bir çox işlər görülüb.

Həmin işlərdən biri də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan lahiyələrdir. 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi cari ildə də davam etdirilir. Hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

2022-ci ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

  • Bərdə-Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı),
  • Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 km, 2 hərəkət zolaqlı),
  • Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),
  • Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
  • Qubadlı-Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı).

2023-cü ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

  • Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (81.6 km, 4-6 hərəkət zolaqlı),
  • Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı),
  • Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı),
  • Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (834.1 km, 2 hərəkət zolaqlı),
  • Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı) avtomobil yolu,
  • Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri.

2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

  • Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123.9km, 4-6 hərəkət zolaqlı),
  • Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı),
  • Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81.6 km, 2-4 hərəkət zolaqlı),
  • Kəlbəcər-Laçın avtomobil yolu (76.3 km, 2-4 hərəkət zolaqlı).





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu