fbpx
Xəbərlər

“Qarabağ”ın Ovusu üçün tələb etdiyi məbləğ məlum oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ”ın futbolçusu Kvabena Ovusu üçün Macarıstan klubu “Ferentsvaroş”dan tələb etdiyi məbləğ müəyyənləşib.

Metbuat.az “Nemzeti Sport” nəşrinə istinadən məlumatına görə, qanalı hücumçunun qış transfer dönəmində “Ferentsvaroş”a keçidi ağdamlılara 300 min avro qazandıra bilər.

26 yaşlı forvard macarlarla mövsümün sonu üçün azad agent kimi 2 illik müqaviləni razılaşdırsa da, klub onu indi heyətinə qatmaq niyyətindədir. Bu yöndə klublar arasında danışıqlar davam edir. Maliyyə şərtlərində razılıq əldə olunsa, Ovusu yaxın günlərdə “Ferentsvaroş”a qoşulacaq.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağın #Ovusu #üçün #tələb #etdiyi #məbləğ #məlum #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu