ABŞ-ın bütün liderlərini öldürsək belə Süleymaninin qisasını ala bilmərik
BEY.AZ informasiya agentliyi xəbər verir
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani o qədər böyük xarakter idi ki, ABŞ-ın bütün liderlərini öldürsək belə yenə də onun intiqamını ala bilmərik”.
Metbuat.az xəbər verir ki, İran ordusunun Baş komandanı Muhammed Pakpur İranın dövlət mediasına belə açıqlama verib. O bildirib ki, İran Süleymaninin yolu ilə gedərək, onun intiqamını almalıdır.
Qeyd edək ki, general Qasım Süleymani iki il əvvəl ABŞ ordusunun hücumu nəticəsində Bağdadda öldürülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.