fbpx

AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlər AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan Metbuat.az-a verilən məlumata görə, cari ilin yanvar-mart ayında AÇG yatağından 1307 mln ABŞ dolları məbləğində gəlir əldə edilib.

AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi isə 156 milyard 680 milyon ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağınə gəlincə, qaz və kondensatın satışından 2022-ci ilin yanvar- mart aylarında əldə olunan gəlir 227.557 mln ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən bu günə qədər yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 779 milyon ABŞ dolları təşkil edib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər cari ilin son 3 ayında 22.172 mln ABŞ dolları olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu