fbpx
Xəbərlər

Müğənni və rəqqasənin ölümü ilə bağlı rəsmi açıqlama

BEY.AZ informasiya agentliyi xəbər verir


Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının evdə meyitlərinin aşkarlanması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, həmin şəxslərin yaxın qohumları 1 gün əvvəl Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək onların itkin düşməsi barədə məlumat verib:

“Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində onların yeri müəyyən edilib, mənzilin qapısını açan polislər itkin düşən şəxslərin cansız bədənlərini tapıb. Hadisə yerinə şəhər Prokurorluğunun əməkdaşları dəvət olunub, faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva isə rəqqasə olub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Müğənni #və #rəqqasənin #ölümü #ilə #bağlı #rəsmi #açıqlama

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu