fbpx

Afrika son 40 ilin ən şiddətli quraqlığı ilə üz-üzədir

BEY.AZ informasiya agentliyi xəbər verir


Şərqi Afrika son qırx ilin ən şiddətli quraqlığı ilə üz-üzədir.

İlgili Makaleler

Metbuat.az xəbər verir ki, artıq üç ölkədə – Efiopiya, SomaliKeniya 15 milyondan çox insan quraqlıq səbəbindən aclıqla və susuzluqla mübarizə aparır. Milyonlarla insan evlərini tərk edir.

Efiopiyada yarım milyondan çox mal-qara tələf olub, quraqlıq səbəbindən kənd təsərrüfatında da heç bir irəliləyiş yoxdur. Aclıq ən çox uşaqlara təsir edir. Qitədə hər gün çoxlu uşaq ölür. Tədbir görülməsə, təkcə Somalidə bu yay 350 min uşağın öləcəyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı donor ölkələri Efiopiyaya yardıma çağırıb. Təşkilatın məlumatın görə, 130 milyon dollara ehtiyac var.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu