fbpx
Xəbərlər

Ronaldinyo Media Liqasında debüt etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo İspaniya Media Liqasında debüt edib.

Metbuat.az xəbər verir ki, o, “Prosinos”un heyətində Krallar Liqasının (Media Liqası) 8-ci turunda “Pio” ilə matçda meydana çıxıb. Ronaldinyo ilk hissənin 5-ci dəqiqəsində kapitan sarğısını alaraq ehtiyatdan meydana daxil olub.“Marca”nın yaydığı məlumata görə, oyunun onlayn platformalarda yayımını ümumilikdə bir milyondan çox insan izləyib.

Krallar Liqası “Barselona”nın sabiq futbolçusu Jerar Pike tərəfindən təşkil olunur. Bu yarışdakı oyunlar 40 dəqiqəlik müddətdə olur. Həmçinin çempionatdakı komandalarda şou-biznes ulduzları, məşhurlar iştirak edirlər.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə 37 yaşında rəsmi şəkildə karyerasını başa vurmuşdu. 42 yaşlı yarımmüdafiəçi fevralın 24-də futbola qayıdıb və “Prosinos”a keçib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ronaldinyo #Media #Liqasında #debüt #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu