fbpx

Ana-ata və 3 azyaşlı övladı boğularaq ÖLDÜ

BEY.AZ informasiya agentliyi xəbər verir


Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.

Metbuat.az Report-a istinadən verdiyi xəbərə görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu