fbpx

“ASALA terror aktlarına yenidən başlaya bilər”

BEY MEDIA İnformasiya agenti xəbər verir


Ermənilərin ASALA terror təşkilatı yaranmasının 47 illiyi ilə bağlı bəyanat yayıb və terrorçuların bəyanatını Ermənistan saytları yayımlayıb. Bəyanatın məğzi budur ki, ermənilər tarixlərinin ən qaranlıq və mürəkkəb dövrünü yaşayır.

Bəs ASALA-nın bəyanatı AzərbaycanTürkiyəyə qarşı erməni terrorunun aktivləşəcəyi riskinə işarə ola bilərmi?

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, bəyanatdan çıxan nəticə budur ki, ASALA uzunmüddətli fasilədən sonra fəaliyyətini bərpa etdiyini rəsmi şəkildə elan edir. Siyasi şərhçi deyir ki, təşkilat uzun illərdir “Qərbi Ermənistan”ın azad edilməsi və “böyük Ermənistan”ın qurulmasını planlayır. Son bəyanatlarından sonra onlar bu məqsəd uğrunda terror aktlarına yenidən başlaya bilərlər.

“Onlar bunu bəyanatda açıq şəkildə elan edirlər. ASALA-nın keçmişdə törətdiyi terror aktları, ermənilərin çətinə düşən kimi mübarizənin əsas vasitəsi olaraq terrora əl atmaq tarixi də bu bəyanatın ciddiyə alınmasını zəruri edir. ASALA keçmişdə olduğu kimi yenə müxtəlif ölkələrdə türk səfirliklərini hədəfə ala bilər. Bu, Ankara-İrəvan xəttində normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyır və bəyanatda da bu prosesə qarşı olduqlarını açıq mətnlə vurğulayırlar. Eyni hücumların Azərbaycan səfirliklərinə edilməsi də mümkündür. Tovuz döyüşlərində xaricdə diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza hücum edən ermənilər arasında “ASALA köynəkləri” geyinənlərin olması da bu ehtimalı gücləndirir”.

Asif Nərimanlı qeyd etdi ki, terror hücumlarının Qarabağda da edilməsi istisna deyil.

Şuşada ordumuzun postuna qumbara atılması, terror aktını törədən Norayr Mirzoyana maliyyə yardımlarının edilməsi hələ o vaxtdan bu məsələni aktuallaşdırmışdı. Bildirim ki, ASALA ermənilərdən terror fəaliyyətinə cəlb edə bilər və bu, bölgədə Bakının idarəçiliyinin bərpa edilməsinə qarşı olan, bunun üçün azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkün olmadığını isbat etmək istəyən tərəflərin də marağındadır”.

Qeyd edək ki, ASALA 1975-ci ildə qurulmuş, həmin il Paris erməni konfransında ASALA-ya yerli qüvvələr qoşulmuşdur. 1981-ci ildə təşkilat zirvə nöqtəsinə çıxmış, ancaq 1983-cü ildə ikiyə bölünmüşdür. 1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və Monte Melkonyandır. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin