fbpx
Xəbərlər

Bakının Neftçilər prospektində üfiqi nişanlama xətləri rənglənəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün saat 22:00-dan etibarən sabah səhər saatlarına qədər Bakının Neftçilər prospektinin Rixard Zorge və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə üfiqi nişanlama xətlərinin rənglənməsi işləri aparılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, üfiqi nişanlama xətlərinin rənglənməsi işləri Xocalı prospektinin hər iki istiqaməti üzrə 19 fevral səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər, həmçinin axşam saat 22:00-dan 20 fevral səhər saat 05:00-a qədər də icra olunacaq.

20 fevral tarixində gün ərzində isə xətlənmə işləri Neftçilər prospektinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Xocalı prospektində davam etdiriləcək.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu