fbpx

“Atamın ürəyindən şikayəti olmayıb” – Oğlu həmin gecə baş verənlərdən DANIŞDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir”.

Metbuat.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.

2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlara Hüseyn Həsənli belə cavab verib:

“Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, ürəyində problem var. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi mənim üçün ölüm asandır”.

O, qardaşı Səccadın hələ də atasının ölümündən xəbərsiz olduğunu söyləyib:

“Bizə çox yaxşı ata idi. Daim ata kimi gözəl məsləhətlər verirdi, insanlara xidmət etməyi tövsiyə edirdi. Ən uca və ali məqamı insanlara xidmətdə görürdü. Deyirdi ki, insanlara xidmət etməklə ucalırsan. Evimizin nuru idi, həmişə başımızın üzərində idi. Allah bizə səbr versin. Böyük və ağır itkidir, tək ailəmizə yox, bütün millətə…”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Atamın #ürəyindən #şikayəti #olmayıb #Oğlu #həmin #gecə #baş #verənlərdən #DANIŞDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu