fbpx
Xəbərlər

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Beynəlxalq axtarışa verilən şəxs Polşadan Azərbaycana gətirilib.

BEY.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən həmin şəxs Polşadan Azərbaycana gətirilərək məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Belə ki, qabaqcadan bir qrup şəxslə əlbir olaraq oğurluq cinayətinin (AR Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Səxavət Niftalıyevin yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib. Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Polşanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək onun təslim edilməsinə dair razılıq əldə olunub.

Nazirlik əlavə edib ki, təkcə bu ay ərzində üç nəfər şəxs Böyük Britaniyadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan Azərbaycana ekstradisiya edilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Axtarışda #olan #şəxs #Azərbaycana #gətirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu