fbpx

Azərbaycanda bu şəxslərlə bağlı yeni cəza müəyyən olunur

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanda yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edənlər, o cümlədən, öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən valideynlər cəzalandırılacaq.

BEY.AZ xəbər verir ki, bu barədə məsələ “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna dəyişiklikdə əks olunub.

Dəyişikliyə əsasən, qanunda “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilir.

Qanunun hazırkı maddəsində (17.2.2) qeyd edilir ki, yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər.

Dəyişikliklər Milli Məclisin Elm və təhsil komitəsində müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #şəxslərlə #bağlı #yeni #cəza #müəyyən #olunur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu