fbpx

Azərbaycan çempionatları tarixində 500-cü dəfə oyun qolsuz bitib

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbol üzrə Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz oyuna təsadüf olunub.

Metbuata.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XIX turundakı “Qəbələ” – “Zirə” görüşünə təsadüf edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarında bunadək 499 belə matç baş tutub. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.

Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır – 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub: “Neftçi” – 89, “Keşlə” – 70, “Bakı” – 62, “Şüvəlan” – 54, “Turan” – 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.

Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasındakı görüşdə bu hesab qeydə alınıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu