fbpx

İnam Kərimov Şəkidə vətəndaşları qəbul edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Kənd təsərrüfatı naziri İnam Kərimov martin 11- də, saat 11:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Metbuat.az-a nazirlikdən bildirilib.

Məlumata görə, qəbulda iştirak etmək istəyənlər Şəki DAİM-ə (055-7377505) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriəcək. Qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu