fbpx

Firon xanımlarının gəncliyi qorumaq üçün istifadə etdikləri qeyri-adi üsul

BEY.AZ informasiya agentliyi xəbər verir


Arı yuvasında mum güvəsi adlanan böyük və kiçik həşərat yaşayır. Arı üçün zərərverici olan həmin həşərat qiymətli xammal, müalicəvi, həm də eksklüziv arı məhsuludur.

Yüz ildən artıqdır ki, mum güvəsinin ekstraktı hazırlanaraq müalicəvi bioloji aktiv maddə kimi istifadə edilir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, mum güvəsi yeganə həşəratdır ki, onun süfrələri yalnız mum və digər arı məhsulları ilə qidalanır.

Qədim Misirdə fironların xanımları mum güvəsinin süfrələrindən hazırlanmış maddələrdən öz gözəlliklərini qorumaq və uzun müddət cavan qalmaq üçün istifadə edirdilər.

Mum güvəsinin ekstraktı orqanizmdə bir çox bərpa proseslərini gücləndirir. Onun preparatları qadınlarda hamilə qalmaq, kişilərdə spermatozoidlərin say və hərəkətliyini artırmaq üçün istifadə olunur. Bir sıra xəstəliklər, xüsusən də öd yollarının infeksiyaları zamanı iltihab əleyhinə güclü təsir göstərir.

XIX əsrin axırlarında rus alimi İlya Meçnikov mum güvəsinin ekstraktından ağciyər vərəminin müalicəsində uğurla istifadə edib. Mum güvəsinin süfrələri mumu əridərək qidalanır. Oxşar mumabənzər maddələr vərəm çöplərinin örtük qişasında da var. Həmin süfrələrin ekstraktı vərəm mikrobakteriyalarını əridərək onların məhv olmasını sürətləndirir. Arı güvəsinin ekstraktının tərkibindəki sereza fermenti tənəffüs yollarını təmizləyir və bronxial xəstəliklərdə yüksək səmərə verir. Arıçılar və türkəçarə müalicə üsulu ilə müalicə aparanlar lap qədim zamanlardan ekstraktın cavanlaşdırıcı xüsusiyyətindən istifadə ediblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu