fbpx

Azərbaycan yığması Estoniya seçməsini darmadağın etdi

BEY.AZ informasiya agentliyi xəbər verir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə bitib.

Millinin qollarını 3 və 33-cü dəqiqədə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev, 84-cü dəqiqədə isə İsmayıl Zülfüqarlı vurub.

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 8 oyundan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb. 9 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu – 6-cı yerdədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu