fbpx
Xəbərlər

Azərbaycan Yüksək Liqasında mövsümün başa çatacağı vaxt bəlli olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün başa çatacağı vaxt bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 4 dövrəlik mübarizədə 5 klubun iştirakı ilə təşkil olunan yarışda son turun oyunları aprelin 20-də olacaq.

Günün ilk matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlayacaq.

“Murov” voleybol klubunun idman zalında təşkil ediləcək XX turun və mövsümün son qarşılaşması isə “Sərhədçi” və MOİK komandaları arasında gerçəkləşəcək. Matçın start fiti saat 17:00-da veriləcək.

Qeyd edək ki, XIX turdan sonra “Murov” 41 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi” 36 xalla ikinci, MOİK 25 xalla üçüncü, 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” 4-cü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb. Yüksək Liqada medalçılar ötən turda müəyyənləşib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu