fbpx

Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb.

Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Aprel ayının 13-də saat 21:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində “Toyota Corolla” markalı 77-FE-378 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən bir nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, onun Ağdam rayon sakini 1967-ci il təvəllüdlü Kərimov Qabil Tabil oğlu olması müəyyənləşdirilmişdir.

Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisindən ümumi çəkisi 1885 qram olan narkotik vasitəyə (1770 qram “heroin” və 115 qram “marixuana”) bənzər maddələr aşkarlanaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu