fbpx

Nicat Abasovun rəqibi bəlli oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

Metbuat.az xəbər verir ki, 28 yaşlı qrossmeyster yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olan (2,5:3,5) Fabiano Karuana (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq. Hindistan təmsilçisi isə finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də baş tutacaq. Nicat Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nicat #Abasovun #rəqibi #bəlli #oldu

Bir Cevap Yazın

Başa dön tuşu