fbpx
Xəbərlər

Azərbaycanda körpü uçdu, xəsarət alanlar var: ADLAR / VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb.

Körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların Heybetov Elisafa Abas oğlu (1966-cı il), Qarayev Efsun Esger oğlu (1984-cü il) və Səfərəliyev Elvin Tofiq oğlu (1999-cu il) olduğu bildirilir.

Hadisə səbəbindən Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.

Komissiya sədrinin sözlərinə görə, körpünün uçmasına səbəb kimi aramsız yağan yağışlar nəticəsində çayda suyun artması və bu səbəbdən körpünün dayaqlarından birinin aşınması olduğunu bildirib.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #körpü #uçdu #xəsarət #alanlar #var #ADLAR #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu