fbpx

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-mart aylarında (01.04.2022-01.04.2022 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 866 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 95,7% çoxdur.

ARDNF-dən Metbuat.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 953 498 min dollar səviyyəsində idi.

Məlumata görə, ARDNF-nin “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 911 mln. dollar (01.04.2022 tarixinə) təşkil edib.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu