fbpx

İcbari sığorta üzrə iki növ əməliyyatla bağlı illik say limiti aradan qaldırılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi üzrə koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsini tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.

Qərara əsasən, anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 (beş) yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 65 (altımış beş) yaş kimi müəyyən ediləcək. İndiyədək isə sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 40 yaş olub.

Həmçinin yeni qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına təminat verilən koxlear implantasiya və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatlarının illik say məhdudiyyəti aradan qaldırılıb.

İndiyədək həmin əməliyyatların sayı 300 müəyyən edilmişdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İcbari #sığorta #üzrə #iki #növ #əməliyyatla #bağlı #illik #limiti #aradan #qaldırılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu