fbpx
Xəbərlər

“Azərikimya”ya yeni baş direktor təyin edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Metbuat.az şirkətə istinadən xəbər verir ki, bu, Elnur Məmmədlidir.

O, 17 ildən artıqdır ki, SOCAR-ın müəssisələrində çalışır, son 7 ildə isə “SOCAR Türkiyə” şirkətində müxtəlif rəhbər vəzifələrdə işləyib və yeni vəzifəsində ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Muxtar Babayevi əvəz edib.

Xatırladaq ki, “Azərikimya”nın strukturuna Etilen-Polietilen zavodu (“EP-300”, “Polimir-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-tikinti İdarəsi daxildir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərikimyaya #yeni #baş #direktor #təyin #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu