fbpx

Bərdədə narkotik bitkilər yetişdirən 3 nəfər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən bugünlərdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsi və bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cəlal Abdullayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumulikdə çəkisi 20 qrama yaxın olan metamfetamin və heroin, eləcə elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi digər tədbirlərlə narkotikli tərkibli bitkilərin kultivasiyasılnda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Əsgərov və Fərhad Rzazadə saxlanılıblar. Onların yaşadıqları evlərin həyatyanı sahələrinə baxış keçirilən zaman F.Əsgərovdan 50 ədəd və F.Rzazadədən isə 29 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu