fbpx

Bakı metrosunda yüksək vəzifəyə yeni təyinat

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisinin müavini Azər Mustafayev bu gündən baş mühəndis vəzifəsinə təsdiqlənib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, o, yeni vəzifəsində Əlixan Osmanovu əvəz edib.

A.Mustafayev 1968-ci ildə anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib, ixtisasca energetika mühəndisidir.

O, “Azərenerji” ASC-də istehsalat-texniki şöbənin rəis müavini, “Azərişıq” ASC-də Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi işləyib, 2019-cu ildən isə Bakı metrosunun istismar üzrə baş mühəndisinin müavini olub.

A.Mustafayev 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Ailəlidir. Bir oğlu və bir qızı var.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakı #metrosunda #yüksək #vəzifəyə #yeni #təyinat

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu