fbpx

Bakıda 10 min borcu olan şəxsin qazı və işığı niyə kəsilmir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabunçu rayonu Bilgəh qəsəbəsi sakini uzun müddətdir qaz və işıq pulu ödəməsə də, kəsintisiz olaraq enerjidən istifadə edir.

Bu barədə Metbuat.az-a məlumat daxil olub. Adının hallanmasını istəməyən vətəndaş bildirir ki, qonşusunun – Sabunçu rayonu Bilgəh qəsəbəsi, 28 aprel küçəsində yaşayan şəxsin “Azəriqaz” və “Azərişığ”a böyük məbləğdə borcu olsa da, enerji və qaz təminatı kəsilmir.

Şikayətçi iddia edir ki, həmin şəxsin “Azəriqaz”a 11.157,13 manat, “Azərişığ”a isə 5.380,66 manat borcu var:

“Bu ailənin borcu olmasına baxmayaraq çox rahat şəkildə enerjidən istifadə edirlər. Əgər hər hansı bir vətəndaşın bu adı hallanan qurumlara bir manat belə borcu olsa, həmin gün həm işıqları, həm də qazları kəsiləcək. Nə üçün aidiyyatı qurumlar bu kimi hallara göz yumur və borcun tələb edilməsinə çalışmırlar?”

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Metbuat.az-a bildirdi ki, məsələ araşdırılmaq üçün nəzarətə götürülüb.

Mövzunu diqqətdə saxlayacağıq.

Aidə / Metbuat.az





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #min #borcu #olan #şəxsin #qazı #və #işığı #niyə #kəsilmir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu