Bakıda “Formula 1″ə görə bağlanmış yollar bu tarixdən açılacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Metbuat.az-a verilən məlumata görə, iyunun 6-dan bağlanan prospekt və küçələr sabah saat 10:00-dan tamamilə sürücülərin istifadəsinə veriləcək.
Bundan başqa, yollarda təhlükəsizlik məqsədilə quraşdırılmış beton bloklar iyunun 20-dək götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
BŞH bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.