fbpx

Bakıda qadın polis bölməsinin həyətində ərini BIÇAQLADI

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.

Belə ki, həyat yoldaşı N. J. tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəllüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.

Daha sonra 34-cü polis bölməsinin həyətində N.H. ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu