fbpx
Xəbərlər

Bakıya uçduğu iddia edilən Priqojinin təyyarəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bəzi Rusiya KİV-lərinin “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinlə əlaqələndirdiyi ikinci təyyarənin qruplaşma ilə heç bir əlaqəsi yoxdur”.

Metbuat.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Jetica aviaşirkətinin baş direktoru Sergey Trifonov bildirib.

Əsasən “Vaqner” qrupunun “Gray Zone Telegram” kanalı ilə əlaqəli olan Rusiya KİV-ləri RA-02748 nömrəli ikinci biznes-jeti muzdlu qruplaşma ilə əlaqələndirib və onun da qəza zamanı havada olduğunu bildirib.

Lakin təyyarənin operatoru Rusiyanın “Jetica” MMC şirkəti bu cür əlaqəni təkzib edir.

“Nə təyyarənin özü, nə də sərnişinləri “Vaqner”lə əlaqə saxlamayıblar və heç vaxt da onlarla bağlı olmayıblar”, – Sergey Trifonov Reuters-ə bildirib.

Trifonov təyyarənin kimə məxsus olduğunu açıqlamaqdan imtina etsə də, bu hava gəmisnin icarəyə verilmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, dünən Priqojinin ikinci “Embraer ERJ-135BJ” biznes reaktivinin Bakıya enişi barədə məlumat yayılmışdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıya #uçduğu #iddia #edilən #Priqojinin #təyyarəsi #ilə #bağlı #RƏSMİ #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu