fbpx

BDU doktoranturaya qəbul elan edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Dövlət Universiteti Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edib.

Universitetdən Metbuat.az-a verilən məlumata görə, sənədlərin qəbulu mayın 5-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsindən və rəsmi internet səhifəsindən (www.bsu.edu.az, http://md.bsu.edu.az) əldə etmək olar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu