fbpx
Xəbərlər

​Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə ölkəyə GƏTİRİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Beynəlxalq axtarışa verilmiş şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun ekstradisiya haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Rəşad Xanmuradovun Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə bir qrup halında xuliqanlıq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Rəşad Xanmuradov Rusiya Federasiyası ərazisində saxlanılaraq cari ilin fevralın 15-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Beynəlxalq #axtarışda #olan #şəxs #xüsusi #konvoyun #müşayiəti #ilə #ölkəyə #GƏTİRİLDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu